Media: İlk Tramp sinifli döyüş gəmisi ABŞ-a 22 milyard dollara başa gələ bilər

A- A A+

İlk Tramp sinifli döyüş gəmisinin tikintisi ABŞ-a 22 milyard dollara başa gələ bilər.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi Konqresin Büdcə İdarəsinin ilkin hesablamalarına istinadla məlumat yayıb.

Məlumata görə, Prezident Donald Tramp ABŞ Hərbi Dəniz Qüvvələri üçün iki yeni döyüş gəmisinin inşası planını təsdiqləyib. Son xərclər gəminin ölçüləri, heyət üzvlərinin sayı və silah sistemləri ilə bağlı qəbul ediləcək bir sıra qərarlardan asılı olacaq. İlkin hesablamalara görə, minimum xərc 15,1 milyard dollar təşkil etsə də, ümumi məbləğin 22 milyard dollara çatması mümkündür.

Agentliyin məlumatına görə, hazırda ABŞ Hərbi Dəniz Qüvvələrinin ən bahalı gəmisi “Gerald R. Ford” təyyarədaşıyan gəmisidir. 2017-ci ildə istismara verilən bu gəminin tikintisi ABŞ-a təxminən 13 milyard dollara başa gəlib.

ABŞ-ın indiyədək ən böyük döyüş gəmiləri təxminən 48 min ton su tutumuna malik Ayova sinifli gəmilər olub. Həmin gəmilər 1990-cı illərdə istismardan çıxarılıb.

Xatırladaq ki, 2025-ci ilin sentyabrında Prezident Donald Tramp Vaşinqtonun döyüş gəmisi sinfini bərpa etməyi nəzərdən keçirdiyini açıqlayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: