ABŞ və Ukrayna arasında danışıqların yeni raundu yaxın iki gün ərzində keçiriləcək

A- A A+

Vaşinqton və Kiyev nümayəndələri arasında Ukrayna münaqişəsinin həlli üzrə danışıqların yeni raundu yaxın iki gün ərzində keçiriləcək.

NUHÇIXAN Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Ukraynanın ABŞ-dəki səfiri Olqa Stefanişina "Bloomberg TV"yə müsahibəsində bildirib.

"Komandalarımız birgə işi davam etdirəcəklər. Yaxın iki gündə dialoqun yeni raundu baş tutacaq", - o deyib.

Stefanişina nümayəndə heyətlərinin tərkibini və görüşün keçiriləcəyi yeri açıqlamayıb. O qeyd edib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-yə yeni səfəri hələlik planlaşdırılmır, yanvarın 19-23-də Davosda keçiriləcək Dünya İqtisadi Forumu isə ABŞ Prezidenti Donald Trampla görüşmək üçün fürsət ola bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: