Finlandiya Müdafiə Nazirliyi Ukraynaya 98 milyon avro dəyərində 31-ci hərbi yardım paketinin ayrıldığını elan edib və bununla da yardımların ümumi həcmi 3,1 milyard avroya çatıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb. “Bu dəfə biz Kiyevin ən təcili ehtiyaclarını ödəməyə kömək edəcək bir paket hazırlamışıq. Ukraynanı daxili hərbi-sənaye kompleksindən dəstəkləmək üçün satınalma proqramı da bu il plana uyğun olaraq aparılır”, - deyə Finlandiyanın müdafiə naziri bildirib.
Nazirlik təhlükəsiz tədarükü təmin etmək üçün hərbi yardım paketinin məzmunu barədə əlavə məlumat verməkdən imtina edib.
