Media: Çindən həddindən artıq asılılıq Britaniyanın enerji təchizatına zərbə vura bilər

A- A A+

Böyük Britaniyanın təmiz enerji təchizat zəncirlərinin Çindən həddindən artıq asılı olması nəticəsində baş verə biləcək hər hansı ciddi fasilə on minlərlə iş yerinin itirilməsinə səbəb ola bilər.

NUHÇIXAN “The Guardian”a istinadla xəbər verir ki, Bu barədə analitik mərkəz olan İctimai Siyasət Tədqiqatları İnstitutu (IPPR) xəbərdarlıq edib.

Mərkəzin hesabatına görə, elektromobillərin istehsalında istifadə olunan əsas batareya komponentlərinin tədarükündə bir illik fasilə 580 mindən çox elektrik avtomobilinin istehsalının qarşısını ala və 90 minə yaxın iş yerini təhlükə altına sala bilər. IPPR bildirir ki, günəş enerjisi komponentləri və batareyaların tədarükündə gecikmələr günəş elektrik stansiyalarının istifadəyə verilməsini də ləngidə, Böyük Britaniyanın təmiz enerji hədəflərini risk altına qoya və bahalı qaz istehsalından asılılığın davam etməsi səbəbindən iqtisadiyyata illik əlavə 1,5 milyard funt-sterlinq xərc yarada bilər.

Hesabatda COVİD-19 pandemiyasından sonra qlobal geosiyasi qeyri-sabitliyin, o cümlədən Rusiya qazının tədarükünün dayanması və beynəlxalq ticarət gərginliklərinin artması fonunda Böyük Britaniyanın Çin təchizat zəncirlərindən asılılığına dair narahatlıqların gücləndiyi vurğulanır. Sənəddə qeyd olunur ki, kritik mineralların qlobal emalının 80–90 faizi Çinin nəzarətindədir və tədarükün yalnız bir mənbədən asılı olması Böyük Britaniya və onun müttəfiqlərini geosiyasi və iqtisadi şoklara qarşı daha həssas edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: