Kanada Çin elektromobilləri üçün idxal rüsumunu 6,1 faizə endirib

A- A A+

Kanada Çin istehsalı olan elektrik avtomobilləri üçün idxal rüsumlarını 100 faizdən 6,1 faizə endirib.

NUHÇIXAN xəbər verir ki, Çinin Kommersiya Nazirliyi Kanadanın Çindən ildə 49 min elektromobilin aşağı tariflə idxalı üçün kvota ayırdığını açıqlayıb. Kvotanın növbəti 5 ildə 70 minə çatdırılması planlaşdırılır.

Nazirliyin açıqlamasında deyilir ki, Çin və Kanada son zamanlar qarşılıqlı maraq doğuran iqtisadi və ticarət məsələləri üzrə müxtəlif səviyyələrdə bir neçə dəfə intensiv məsləhətləşmələr aparıblar. Nəticədə elektromobillər, polad və alüminium məhsulları, raps toxumu, kənd təsərrüfatı və su məhsulları kimi sahələrdə ilkin razılaşmalara nail olublar. Bundan başqa, iki ölkə arasında birbaşa uçuşların sayının artırılması, biznes mühitinin yaxşılaşdırılması, kənd təsərrüfatı məhsullarının yoxlanılması və karantini kimi məsələlərdə konsensus əldə edilib.

Qeyd edək ki, Kanada 2024-cü ildən Çin elektromobilləri üçün 100 faizlik idxal rüsumları tətbiq edir. Çin də cavab olaraq Kanada məhsullarına idxal rüsumlarını qaldırıb.

Kanada Baş naziri Mark Karninin yanvarın 14-dən Pekinə başlayan səfəri zamanı ölkəsinin 2-ci ən böyük ticarət tərəfdaşı olan Çin ilə iqtisadi-ticari əməkdaşlığın irəli aparılmasına dair razılaşmalar əldə olunub. İki ölkə arasında ticarət dövriyyəsi təxminən 120 milyard ABŞ dolları təşkil edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: