Ukrayna Rusiyanın hava hücumundan müdafiə vasitələrini və dron anbarını vurub

A- A A+

Ukrayna Müdafiə Qüvvələri Krımın müvəqqəti işğal olunmuş ərazisində Rusiya qoşunlarının hava hücumundan müdafiə vasitələrini, həmçinin Donetsk vilayətindəki dron anbarını vurub.

NUHÇIXAN xəbər verir ki, bu barədə “RBK-Ukrayna” Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına istinadla məlumat yayıb.

Hərbçilərin məlumatına görə, Krımda Yevpatoriya rayonu yaxınlığında “Nebo-U” radiolokasiya stansiyası, həmçinin Xutorok yaşayış məntəqəsi yaxınlığında “Pantsir-S1” zenit-raket və artilleriya kompleksi vurulub.

Bundan əlavə, Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində, Donetsk şəhəri yaxınlığında Ukraynanın Müdafiə qüvvələri Rusiya qoşunlarının pilotsuz uçuş aparatlarının saxlanıldığı məntəqəni vurub.

Baş Qərargahdan bildirilib ki, düşmənə vurulan itkilərin miqyası dəqiqləşdirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: