Gürcüstan-Rusiya sərhədində 3 mindən çox yük avtomobili növbə gözləyir

A- A A+

Güclü qar, qasırğa və qar uçqunu səbəbindən Gürcüstanda beynəlxalq əhəmiyyətli bir sıra yollar, o cümlədən Rusiyaya gedən Yuxarı Lars avtomagistralı bağlanıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Gürcüstan Avtomobil Yolları Departamenti məlumat yayıb.

Bildirilir ki, hazırda Gürcüstan-Rusiya sərhədinə aparan yolda ağır tonnajlı yük maşınlarının hərəkəti qadağandır. Son məlumatlara görə, elektron növbədə 1700-dən çox ağır tonnajlı yük avtomobili qeydiyyatdadır.

Məlumatına görə, qar və buz səbəbindən Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolunun 93-107-ci kilometrliyində qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb.

Rusiya tərəfində də vəziyyət ağır olaraq qalır.

Şimali Osetiya Yol Hərəkətinin İdarə Edilməsi Mərkəzinin veb-saytının məlumatına görə, Yuxarı Lars sərhəd keçid məntəqəsində 1500-dən çox yük maşını Rusiya-Gürcüstan sərhədini keçmək üçün gözləyir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: