Yaponiya dünyanın ən böyük atom elektrik stansiyasının yenidən işə salınmasını təxirə salıb

A- A A+

Dünyanın ən böyük nüvə elektrik stansiyası olan Yaponiyanın Niiqata prefekturasında yerləşən Kaşivazaki–Kariva Atom Elektrik Stansiyasının 6-cı reaktorunun yanvarın 20-də planlaşdırılan yenidən işə salınması siqnalizasiya sistemində aşkarlanan nasazlıq səbəbindən təxirə salınıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Kyodo xəbər agentliyi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, yanvarın 17-də stansiyanın operatoru olan “Tokyo Electric Power Company” idarəetmə çubuqlarının çıxarılması sistemini sınaqdan keçirib. Sınaq zamanı siqnalizasiya sistemində nasazlıq aşkarlanıb.

Hazırda mütəxəssislər tərəfindən əlavə yoxlamalar aparılır. Bu prosesin bir neçə gün davam edəcəyi gözlənildiyindən, reaktorun yenidən işə salınmasının təxirə salınması barədə qərar qəbul edilib. Yenidən başlatmanın dəqiq tarixi hələlik açıqlanmayıb.

Qeyd edək ki, yerli hakimiyyət orqanları daha əvvəl Kaşivazaki–Kariva AES-də iki reaktorun yenidən işə salınmasına rəsmi icazə vermişdi. Ümumi gücü 8,2 giqavat olan yeddi reaktorla bu stansiya dünyanın ən böyük atom elektrik stansiyası hesab olunur. Bununla belə, bütün enerji blokları 2012-ci ildə dayandırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: