Türkiyənin İstanbul vilayətinin Tuzla rayonunda fabrikdə güclü yanğın başlayıb.
NUHÇIXAN xəbər verir ki, məlumatı "TRT Haber" yayıb.
Bildirilib ki, hadisə yerinə çoxlu sayda yanğınsöndürmə briqadası cəlb edilib. Yanğını söndürmək üçün ətraf rayonlardan da yanğınsöndürənlər gəlib.
Yanğının səbəbi hələ ki məlum deyil.
