Almaniyada zəncirvari qəzada azı 19 nəfər xəsarət alıb

A- A A+

Almaniyanın Essen şəhəri yaxınlığında magistralda 26 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

NUHÇIXAN yerli mediaya istinadla xəbər verir ki, hadisə nəticəsində azı 19 nəfər xəsarət alıb. Onlardan beşi xəstəxanaya yerləşdirilib. Hadisə Reyn-Herne kanalı üzərindəki körpüdə baş verib. Qəzaya yol səthinin buz bağlaması səbəb olub.

Qəza ilə əlaqədar yol bir müddət hərəkət üçün bağlanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: