Tailandın hüquq-mühafizə orqanlarının narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı keçirdiyi 3 aylıq əməliyyat nəticəsində 330 milyon ədəd metamfetamin həbi və 1,1 ton kristal formada metamfetamin müsadirə edilib.
NUHÇIXAN Tailand mediasına istinadla xəbər verir ki, bu barədə ölkənin Baş naziri Anutin Çarnvirakul paytaxt Banqkokda keçirdiyi mətbuat konfransında deyib. Oktyabrın 1-dən başlanan əməliyyatın gedişində narkotiklə əlaqəli 89 min iş üzrə araşdırma aparılıb və nəticədə 88 min 421 şübhəli şəxs saxlanılıb. Ümumilikdə 3,37 milyard baht (təxminən 107,84 milyon ABŞ dolları) məbləğində aktivlər dondurulub.
Baş nazir bildirib ki, hökumət narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə tədbirləri çərçivəsində polisi üçün yüksək performanslı mobil rentgen maşınlarının alınmasından ötrü büdcədən vəsait ayrılmasını təsdiqləyib.
