Bolqarıstan Prezidenti Rumen Radev verəcəyini bildirib.
NUHÇIXAN-ın məlumatına görə, Bolqarıstan liderinin bu barədə xalqa müraciətinin birbaşa yayımı Radevin "Facebook" səhifəsində yayımlanıb.
"Bu gün mən sonuncu dəfə Bolqarıstan Prezidenti kimi sizə müraciət edirəm. Bağışlanmağımı diləyirəm. Zaman sizin etimadınızı sınağa çəkdi və mən səbrinizə görə sizə təşəkkür edirəm", - deyə Radev bildirib.
O həmçinin səhvlərə yol verdiyini və işi sona çatdıra bilmədiyini vurğulayıb.
"Lakin məhz bizim uğur qazanacağımıza olan inamım bu qərarımın əsas motivlərindən biridir. Sabah mən Bolqarıstan Respublikasının Prezidenti postundan istefa verəcəyəm. Əminəm ki, İliana Yotova (Bolqarıstanın vitse-prezidenti - red.) layiqli dövlət başçısı olacaq. Doqquz il ərzində göstərdiyi dəstəyə görə ona təşəkkür etmək istəyirəm", - deyə Rumen Radev əlavə edib.
