Çin Qəzza Sülh Şurasına üzv olmaq üçün ABŞ-dan dəvət alıb.
NUHÇIXAN xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmisi Quo Ciakun yanvarın 20-də jurnalistlər üçün keçirdiyi brifinqdə açıqlayıb.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp yanvarın 16-də Qəzza Sülh Şurasının yaradıldığını və üzvlərin yaxın günlərdə elan ediləcəyini açıqlayıb. Sülh Şurasının yaradılması Donald Trampın Qəzzada münaqişənin nizamlanmasına dair sülh planına salınmışdı. Sənədə görə Sülh Şurası münaqişələrdən zərər çəkmiş, onların yaranma riski olan bölgələrdə sabitliyin təşviqinə, etibarlı və qanuni idarəçiliyin bərpasına, davamlı sülhü təmin etməyə çalışan beynəlxalq qurumdur.
