ABŞ NATO məsləhət qruplarındakı iştirakını azaldacaq

A- A A+

Pentaqon ABŞ-ın bir sıra NATO məsləhət qruplarındakı iştirakını azaltmağı planlaşdırır.

NUHÇIXAN xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, nəzərdə tutulan addım təxminən 200 ABŞ hərbi qulluqçusuna təsir edəcək və ABŞ-ın NATO-nun təxminən 30 strukturu, o cümlədən müxtəlif döyüş sahələrində alyans qüvvələrinə təlim keçən Mükəmməllik mərkəzlərində iştirakının azaldılmasını nəzərdə tutur.

Qeyd olunur ki, ABŞ bütün personalı eyni vaxtda geri çəkmək niyyətində deyil. Bunun əvəzinə, xidmət müddəti başa çatan hərbçilərin əvəz olunmaması planlaşdırılır.

Nəşr bildirir ki, ABŞ-ın sözügedən mərkəzlərin fəaliyyətində iştirakı tamamilə dayandırılmayacaq.

İki ABŞ rəsmisinin sözlərinə görə, bu dəyişikliklər bir neçə aydır müzakirə olunur. Qəzetin mənbələrindən biri isə bu qərarların ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı mövqeyi ilə əlaqəli olmadığını qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: