Yaponiyanın sabiq baş nazirinin qatili ömürlük azadlıqdan məhrum edilib

A- A A+

Yaponiya məhkəməsi ölkənin sabiq Baş nazir Şinzo Abenin qətlində ittiham olunan Tetsuya Yamaqamini ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

NUHÇIXAN Yaponiya mediasına istinadla xəbər verir ki, Nara şəhərində keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxs sabiq Baş naziri əldə düzəltmə odlu silahla qətlə yetirdiyini etiraf edib.

Müttəhimə ömürlük həbs cəzası tələb edən prokurorlar onun bu hərəkətini ölkənin müharibədən sonrakı tarixində görünməmiş bir cinayət adlandırıblar.

Təqsirləndirilən şəxs anasının dini qrupa etdiyi böyük ianələr səbəbindən ailəsinin maddi ziyana uğradığını və ümumi ödənişin 100 milyon yen (633 min ABŞ dolları) olduğunu söyləyib. Bu, Yamaqamidə həmin qrupa qarşı böyük nifrət yaradıb. Onun qənaətinə görə, Şinzo Abe həmin qrupla əlaqəli olub.

Xatırladaq ki, Yaponiya hökumətinə ən uzun müddət rəhbərlik etmiş sabiq Baş nazir Şinzo Abe 2022-ci il iyulunda Nara şəhərində parlamentin yuxarı palatasına seçkilərlə əlaqədar təşkil edilmiş küçə mitinqində çıxışı zamanı qətlə yetirilib. Polis ona atəş açan T.Yamaqami hadisə yerində həbs edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: