“Apple” Çin bazarında yenidən liderliyə yüksəlib

A- A A+

Amerikanın “Apple” korporasiyası Çin smartfon bazarında liderliyini bərpa edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə məlumat “Counterpoint Research” analitik şirkətinin hesabatında yer alıb.

Bildirilir ki, 2025-ci ilin dördüncü rübünün nəticələrinə görə, “Apple”nin payına tədarüklərin 21,8 faizi düşüb və o, regionda inamla liderlik edib. Sonrakı sıralarda yer alan yerli istehsalçılar – “Oppo”, “Vivo” və “Huawei” müvafiq olaraq 15,8, 15,7 və 14,6 faizlik paylara sahib olublar.

Çin bazarı qlobal smartfon brendləri üçün ən böyük və ən mühüm bazarlardan biridir. 2024-cü ilin son rübündə “Apple” bu bazarda 16,8 faizlik payla ikinci yeri tutub, “Vivo” isə 17,7 faizlə liderlik edib.

Analitiklər Amerika şirkətinin uğurunu “iPhone 17” seriyasının yaxşı satışları ilə əlaqələndiriblər. Yerli istehlakçılar ən çox flaqman “iPhone 17 Pro” və “17 Pro Max” smartfonlarını alıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: