Fələstin Prezidenti Mahmud Abbas rusiyalı həmkarı Vladimir Putinlə sabah Moskvada görüşəcək.
NUHÇIXAN-ın yerli KİV-lərə istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
"Bəli, təsdiq edə bilərəm. Həqiqətən də, Fələstin Prezidenti Mahmud Abbas Moskvada olacaq və sabah Rusiya-Fələstin danışıqları keçiriləcək", - o qeyd edib.
