İsveç Sülh Şurasına qoşulmaqdan imtina edib

A- A A+

İsveçin Baş naziri Ulf Kristersson ABŞ Prezidenti Donald Trampın Sülh Şurası təşəbbüsündə iştirak etməyəcəklərini bildirib.

NUHÇIXAN xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Baş nazir Davosda jurnalistlərə bildirib.

"Bunu digər Aİ ölkələri ilə müzakirə edəcəyik, lakin hazırkı vəziyyətdə İsveç Sülh Şurasında iştiraka imza atmayacaq", - o deyib.

Qeyd edək ki, daha əvvəl Norveç və Fransa da Şuranın indiki formatına təsisçi ölkə kimi daxil olmayacaqlarını bəyan ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: