Misir Sülh Şurasına daxil olmaqla bağlı dəvəti qəbul edib

A- A A+

Misir ABŞ Prezidenti Donald Trampın Sülh Şurasına daxil olmaq və müvafiq hüquqi və konstitusiya prosedurlarının yerinə yetirilməsi üzərində işləməklə bağlı dəvətini qəbul edib.

NUHÇIXAN Misir mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

"Misir BMT Təhlükəsizlik Şurasının 2803 saylı qətnaməsinə uyğun olaraq, Qəzzada münaqişənin dayandırılması üçün hərtərəfli planın ikinci mərhələsi çərçivəsində Sülh Şurasının missiyasına dəstəyini ifadə edib", - nazirlik qeyd edir.

Bəyanatda deyilir ki, Misir atəşkəs rejiminin gücləndirilməsi, humanitar yardımın və bərpa vasitələrinin maneəsiz çatdırılmasının təmin edilməsi, beynəlxalq sabitləşdirmə qüvvələrinin yerləşdirilməsi, həmçinin sürətli bərpa layihələrinin irəlilədilməsi və sektorun yenidən qurulmasına hazırlıq üçün Birləşmiş Ştatlar və tərəfdaşlarla əlaqələndirilmiş fəaliyyəti davam etdirəcək.

Bundan başqa, Misir ədalətli və davamlı sülhün əldə edilməsinə, Fələstin xalqının öz müqəddəratını təyin etmək və dövlətçilik hüququnun həyata keçirilməsinə töhfə vermək, bununla da regionun bütün ölkələri və xalqları üçün sabitlik və təhlükəsizliyi təmin etmək niyyətini təsdiqləyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: