Trampın təyyarəsi Sürix aeroportuna iki saat gec eniş edib

A- A A+

ABŞ Prezidenti Donald Tramp Davos İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə gedib.

NUHÇIXAN "Al Arabiya"ya istinadən xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

Prezident "Air Force One" təyyarəsindəki elektrik avadanlığı ilə bağlı problemlərə görə, tranzit uçuş edib.

Məlumata görə, Tramp Sürix hava limanına nəzərdə tutulan vaxtdan təxminən iki saat gec eniş edib. Daha sonra o, çıxış etmək və Qrenlandiya ətrafında gərginlik fonunda dünya liderləri ilə görüşmək üçün Davosa yollanacaq.

Daha əvvəl bildirilmişdi ki, Trampın Davosa uçduğu təyyarə, uçuş zamanı aşkar edilən elektrik avadanlığındakı problem səbəbindən Vaşinqton yaxınlığındakı Endryus birləşmiş bazasına geri qayıdıb. Başqa təyyarəyə keçdikdən sonra Tramp Davosa yola düşüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: