ABŞ Prezidenti: Qrenlandiya bizim ərazimizdir

A- A A+

Qrenlandiyanı qorumaq baxımından Danimarkanı həddən artıq zəif adlandıran ABŞ Prezidenti Donald Tramp bu məsələ ilə bağlı əsas mövqeyini açıqlayıb.

NUHÇIXAN “Reuters” agentliyinə istinadla xəbər verir ki, o deyib: “Ora bizim üçün strateji milli və beynəlxalq təhlükəsizlik baxımından zəruri ərazidir. Bu nəhəng, qorunmayan ada faktiki olaraq Şimali Amerikanın bir hissəsidir. Ora bizim ərazidir”.

“Qrenlandiyanın ABŞ-ın nəzarətinə keçirilməsi məsələsinin müzakirəsinin bərpası üçün danışıqlara dərhal başlanılmasında israr edirəm”, – deyə Tramp vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: