İranda iğtişaşlar zamanı həlak olanların rəsmi sayı açıqlanıb

A- A A+

İranda son iğtişaşlar nəticəsində ölənlərin sayı 3117 nəfərə çatıb, onlardan 2427-si günahsız mülki şəxslər və təhlükəsizlik qüvvələrinin əməkdaşlarıdır.

NUHÇIXAN xəbər verir ki, “IRIB TV” kanalı bu barədə İranın Məhkəmə Tibbi Ekspertizasına istinadla məlumat yayıb. Bu, 2025-ci ilin dekabr ayının sonlarında etirazlar başlayandan bəri İran hakimiyyəti tərəfindən açıqlanan ilk rəsmi məlumatdır.

İnsan haqları üzrə “Human Rights Activists News Agency” təşkilatı isə ölənlərin sayının 4560 nəfər olduğunu yazıb.

Həmçinin etirazlar zamanı 460-dan çox dövlət binasının və 480-dən çox məscidin zərər gördüyü və ya yandırıldığı, 700-dən çox banka hücum edildiyi bildirilib.

Xatırladaq ki, 2025-ci il dekabrın 29-da İran valyutasının kəskin ucuzlaşması səbəbindən Tehranda tacirlərin etiraz aksiyası başlayıb. Dekabrın 30-da aksiyaya tələbələr də qoşulub. Az sonra etirazlar ölkənin əksər böyük şəhərlərə yayılıb. Tehran iğtişaşlara görə İsraili və ABŞ-ı günahlandırıb. Donald Tramp isə öz növbəsində İrana qarşı güc tətbiqini ciddi şəkildə nəzərdən keçirdiyini deyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: