Media: ABŞ Kubada hakimiyyəti dəyişdirməyə kömək edə biləcək insanlar axtarır

A- A A+

ABŞ Prezidenti Donald Trampın administrasiyası Kuba hökumətinin daxilində ilin sonunadək respublikadakı mövcud siyasi rejimi devirməyə kömək edə biləcək insanlar axtarır.

NUHÇIXAN xəbər verir ki, “The Wall Street Journal” nəşri bu barədə mənbələrinə istinadla məlumat yayıb.

“Venesuela Prezidenti Nikolas Maduronun ələ keçirilməsindən ruhlanan Ağ Ev ilin sonunadək Kubada kommunist rejimini devirməyə kömək edə biləcək insanlar axtarır”, - deyə məlumatda bildirilir.

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, ABŞ administrasiyası hesab edir ki, Kuba iqtisadiyyatı hazırda çökmə həddindədir və bu səbəbdən daha həssas vəziyyətdədir. Buna baxmayaraq, Vaşinqtonun Kuba hökumətini devirmək üçün konkret planı yoxdur, lakin Nikolas Maduronun tutulması və müttəfiqlərinin sonrakı güzəştləri Kuba üçün xəbərdarlıq kimi qəbul edilir.

Bir müddət öncə Kuba Prezidenti Migel Dias-Kanel təzyiq altında Vaşinqtonla qarşılıqlı anlaşmanın mümkün olmadığını bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Venesuela dövlət başçısının ələ keçirilməsi üzrə əməliyyatından sonra dəfələrlə Kubanın onun növbəti hədəflərindən biri ola biləcəyini vurğulayıb. ABŞ-ın hazırkı dövlət katibi Marko Rubio 1959-cu il inqilabından sonra ölkədən qaçmağa məcbur olan kubalı ailədə anadan olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: