Putin Sülh Şurasına 1 milyard dollar ayırmağa hazır olduğunu bildirib

A- A A+

Rusiya Prezidenti Vladimir Putin Fələstin xalqını dəstəkləmək və Qəzza zolağını yenidən qurmaq üçün Sülh Şurasına 1 milyard dollar ayırmağa hazır olduğunu açıqlayıb.

NUHÇIXAN xəbər verir ki, Rusiya lideri bu açıqlamanı Moskvada Fələstin Muxtariyyətinin Prezidenti Mahmud Abbasla görüşündə verib.

Vladimir Putin vurğulayıb ki, bu, ilk növbədə Qəzza zolağının yenidən qurulması üçün vəsaitlərin istifadəsi və Fələstin məsələlərinin həlli ilə bağlıdır. “Mən bunu artıq demişəm - əvvəlki administrasiya dövründə ABŞ-da dondurulmuş vəsaitlərdən ayrılmalıdır. Düşünürəm ki, bu, tamamilə mümkündür”, - deyə o bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: