Tramp Venesuelanın neft fondlarına nəzarəti ələ alıb

A- A A+

ABŞ Prezidenti Donald Tramp Venesueladan alınan vəsaitlərin xərclənməsinə şəxsən nəzarət edir.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Semafor” Ağ Ev administrasiyasının rəsmi nümayəndəsinə istinadla məlumat yayıb. Bildirilir ki, hazırkı hökumət Vaşinqtonla tam əməkdaşlıq etdiyi üçün ilkin neft satışından əldə edilən bütün gəlirlər Venesuelaya köçürüləcək. Lakin ABŞ-da hər hansı vəsaitin saxlanılıb-saxlanılmayacağı məlum deyil. Satışlardan əldə edilən gəlirin qlobal səviyyədə tanınmış banklarda ABŞ-ın nəzarətində olan hesablara yatırılacağı qeyd olunur.

Ağ Evin mətbuat katibi Teylor Rocers bildirib ki, "Trampın əsas məsləhətçiləri Venesuelaya misli görünməmiş investisiyalar yatırmaq istəyən neft şirkətləri ilə davamlı konstruktiv müzakirələr aparırlar”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: