Qazaxıstan və Özbəkistan liderləri Davosda “Sülh Şurasının Nizamnaməsi” sənədini imzalayıblar - FOTOLAR

A- A A+

Qazaxıstan və Özbəkistan liderləri Kasım-Jomart Tokayev və Şavkat Mirziyoyev Davosda “Sülh Şurasının Nizamnaməsi” sənədini imzalayıblar.

NUHÇIXAN Qazaxıstan Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, ölkə bu sənədin imzalanması ilə ABŞ Prezidenti Donald Trampın təşəbbüskarı olduğu Sülh Şurasının təsisçi-üzvü olub. Kasım-Jomart Tokayev Davosa səfəri ərəfəsində Astananın Qəzzada sülhün və Yaxın Şərqdə sabitliyin tərəfdarı olduğunu bəyan edib.

Özbəkistanın rəsmi UZA agentliyi isə bildirib ki, Prezident Şavkat Mirziyoyev ABŞ Prezidenti Donald Trampın Qəzza Sülh Şurasına qoşulmaq təklifini məmnunluqla qəbul edib və yanvarın 22-də bu mühüm sənədi imzalayıb. Agentlik diqqətə çatdırıb ki, Özbəkistan lideri Davosda amerikalı tərəfdaşlar ilə iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi məsələsini də müzakirə etmək niyyətindədir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: