Fransada uşaqların qorunması ilə bağlı ciddi problemlərin olduğu üzə çıxıb

A- A A+

Fransada uşaqların mühafizəsinə dair sistemdə azyaşlıların cinsi zorakılığa, istismara və fahişəliyə məruz qalmasının qarşısının alınmasında ciddi çatışmazlıqlar var. Mütəxəssislərin qiymətləndirmələrinə görə, ölkədə təxminən 20 min azyaşlı fahişəliyə cəlb olunub və onların mühüm hissəsi Uşaqlara Sosial Yardım Xidməti (ASE) sistemində yerləşdirilənlərdir.

NUHÇIXAN xəbər verir ki, uşaq hüquqlarının müdafiəsi üzrə ixtisaslaşmış vəkil Mişel Amas vəziyyəti “faciəvi” adlandırır. Onun sözlərinə görə, qorunmalı olan uşaqlar elə dövlətin himayəsində olduqları müddətdə cinsi zorakılığın, təkrar hücumların və hətta təşkilatlanmış fahişəliyin qurbanına çevrilirlər. “Fransada Uşaqlara Sosial Yardım Xidmətinə aid olan müəssisələrdən çıxaraq fahişəlik edən 20 min uşaq var”, – deyə o vurğulayır.

Amas bildirir ki, uşaqların sözügedən xidmətə aid müəssisələrindən qaçması çox vaxt yanlış təqdim olunur: “Onlar qaçmırlar və şəbəkələrin təsiri altındadırlar”.

Vəkil diqqətə çatdırır ki, daha sarsıdıcı məqam bəzi uşaq evlərində baş verən zorlamaların cinayət təqibinə çıxarılmamasıdır. “Zorakılıq çox vaxt azyaşlıların öz aralarında baş verir. Yetərincə nəzarət və resursu olmayan müəssisələrdə uşaqlar tək buraxılırlar. Bu da yeni zorakılıq halları yaradır. Uzunmüddətli cinsi istismar isə uşaqların psixoloji bərpasını demək olar ki, mümkünsüz edir. İlk iki ayda müdaxilə həlledici əhəmiyyət daşıyır”, - deyə o bildirir.

Mişel Amas bir sıra nazirliklərlə birlikdə bu sahədə qanunvericilik təşəbbüsləri üzərində işlədiklərini deyir.

Qeyd edək ki, mövcud hüquqi mexanizmlərə baxmayaraq, Fransa onların icrasında ciddi problemlər yaşayır. Bu səbəbdən ölkə artıq bir neçə dəfə BMT-nin Uşaq Hüquqları Komitəsi tərəfindən azyaşlıların qorunmasında ciddi nöqsanlara görə qınanıb. Avropa Şurası da dövlət qurumlarında cinsi zorakılığa qarşı effektiv müdafiənin təmin olunmamasından narahatlığını ifadə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: