“Microsoft” “Surface Book 2” planşetinin yeni versiyasını təqdim edib

A- A A+

“Microsoft” şirkəti “Surface Book 2” noutbukunun yeni versiyasını təqdim edib. Şirkət “Surface Book” planşetinin 13 düymlük versiyasını daha yeni və məhsuldar 8-ci nəsil “Intel Core 2” prosessoru ilə təchiz edib.

NUHÇIXAN xarici KİV-lərə istinadla xəbər verir ki, noutbuk standart konfiqurasiyada 4 nüvəli “Intel Core i5-8350U” prosessoru ilə təchiz olunub və prosessorun takt tezliyi 3,6 QHs-dək arta bilər. Qurğunun başqa texniki xüsusiyyətləri cüzi dəyişib. Əvvəllər olduğu kimi cihaz 8 QB-lıq əməli yaddaş və 256 QB-lıq sərtgövdəli daşıyıcı ilə təchiz olunub.

“Microsoft Surface Book 2” noutbukunun qiyməti 1499 dollardır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: