Yanvarın 22-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı baş tutub.
AZƏRTAC xəbər verir ki, söhbət zamanı ikitərəfli münasibətlər, eləcə də regional proseslər ətrafında fikir mübadiləsi aparılıb.
Prezident Ərdoğan Ankarada İranda baş verən hadisələrin diqqətlə izlənildiyini qeyd edərək bildirib ki, “orada sülh və sabitlik Türkiyə üçün böyük əhəmiyyət daşıyır”.
“Türkiyə İranın işlərinə xarici müdaxilə ssenarilərini heç vaxt dəstəkləməyib”, – deyə o vurğulayıb.
Türkiyə Prezidenti, həmçinin problemlərin nizamlanmasının və regionda gərginliyin artmasının qarşısının alınmasının ölkəsinin maraqlarına cavab verdiyini qeyd edib.
