Ukrayna, ABŞ və Rusiya ilk dəfə üçtərəfli görüş keçirəcək

A- A A+

Ukrayna, ABŞ və Rusiya texniki səviyyədə ilk dəfə üçtərəfli görüş keçirəcək. Görüş yaxın günlərdə Birləşmiş Ərəb Əmirliklərində baş tutacaq.

NUHÇIXAN yerli mediaya istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda bildirib.

O xatırladıb ki, bu gün, yanvarın 22-də ABŞ nümayəndə heyəti Moskvaya yollanacaq.

ABŞ rəsmiləri Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar üçün yola düşməzdən əvvəl Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ Prezidenti Donald Trampla görüşünü gözləyiblər.

“İndi onlar yola düşəcəklər və mənim komandam amerikalı həmkarlarla görüşəcək. Düşünürəm ki, bu, Birləşmiş Ərəb Əmirliklərində ilk üçtərəfli görüş olacaq. Güman edirəm ki, bu, sabah və birigün baş tutacaq. Bu, Əmirliklərdə iki gün davam edəcək görüş olacaq”, – deyə V. Zelenski bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: