Ötən il qəsdən törədilən hücumlarda BMT-nin 21 əməkdaşı həlak olub

A- A A+

2025-ci ildə qəsdən törədilən hücumlar nəticəsində azı 21 BMT əməkdaşı - 12 sülhməramlı və 9 mülki şəxs həlak olub.

NUHÇIXAN xəbər verir ki, bu rəqəmlər BMT-nin Beynəlxalq mülki xidmətin təhlükəsizliyi üzrə daimi komitəsinin cümə axşamı günü yaydığı hesabatda yer alıb.

Hesabatda deyilir ki, buraya təşkilatın Qəzza müharibəsi zamanı həlak olan əməkdaşları daxil deyil, çünki onlar qəsdən törədilən hücumların hədəfi olmayıb.

Komitənin məlumatına görə, həyatını itirən BMT işçilərindən altısı banqladeşli, beşi sudanlı, ikisi cənubi afrikalı olub. Qalanları Cənubi Sudan, Uruqvay, Tunis, Ukrayna, Bolqarıstan, Fələstin, Keniya və Zambiyadan olanlardır.

2024-cü ildə qəsdən törədilən hücumlarda 5, 2023-cü ildə isə 11 BMT əməkdaşının həlak olduğu bildirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: