Donbas məsələsi əsas olaraq qalır, bu gün və sabah Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) Ukrayna, ABŞ və Rusiya arasında görüşlərdə müzakirə olunacaq.
NUHÇIXAN yerli KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
"Donbas məsələsi əsasdır. Əbu-Dabidə, bu gün və sabah bu məsələ müzakirə olunacaq", - o qeyd edib.
V.Zelenski bildirib ki, danışıqlar qrupunun rəhbəri - Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov hər hansı danışıqlar və ya razılaşmalar mərhələsində ona "müvafiq siqnallar" verəcək. Ancaq o, nümayəndə heyətinin tərkibində hərbi kəşfiyyatın sədrinin müavini Vadim Skibitskin də olmasını tapşırıb.
Qeyd edək ki, bu, Birləşmiş Ərəb Əmirliklərində ilk üçtərəfli görüş olacaq.
Ukrayna tərəfindən görüşlərdə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Andrey Qnatov, Prezident Ofisinin rəhbəri Kirill Budanov, onun birinci müavini Sergey Kislitsa, "Xalqın xidmətçisi" fraksiyasının rəhbəri David Axramiya və Prezident Ofisinin müşaviri Aleksandr Bevz iştirak edəcəklər.
Qeyd edək ki, ABŞ nümayəndə heyətinə rəhbərlik edəcək Donald Trampın xüsusi elçisi Stiv Uitkoff artıq BƏƏ-dədir.
