Qrenlandiyaya göndərilən Finlandiya hərbçiləri tezliklə geri qayıdacaqlar.
NUHÇIXAN xəbər verir ki, fin mediasının mənbələrə istinadla yaydığı məlumata görə, Finlandiya tərəfindən Qrenlandiyaya göndərilən rabitə zabitlərinin missiyası başa çatıb. Hərbçilər həftənin sonunadək Finlandiyaya qayıdacaqlar.
Avropanın NATO-da tərəfdaş olan bir sıra ölkələri kəşfiyyat missiyasında iştirak etmək üçün Qrenlandiyaya öz hərbçilərini göndərib. ABŞ Prezidenti Donald Trampın adaya görə tariflər tətbiq etməklə bağlı təhdidlərindən sonra Almaniya və Niderland da daxil olmaqla, bir neçə ölkə missiyanın başa çatdığını və hərbçilərinin geri qayıtdığını elan edib.
Qrenlandiya Danimarka Krallığının bir hissəsidir. Tramp dəfələrlə bildirib ki, ada ABŞ-ın bir hissəsinə çevrilməlidir. Danimarka və Qrenlandiyanın hakimiyyət orqanları Vaşinqtonu adanı zəbt etməkdən çəkindirərək, onların ərazi bütövlüyünə hörmət gözlədiklərini qeyd ediblər.
