Türkmənistan Məclisinin sədri ilk dəfə Gürcüstana səfər edəcək

A- A A+

Türkmənistanın Gürcüstandakı səfiri Dövlətmurat Seyitməmədov Gürcüstan Parlamentində olub. O, Türkmənistan Parlamenti ilə Dostluq Qrupunun rəhbəri Davit Matikaşvili ilə görüşüb.

NUHÇIXAN xəbər verir ki, tərəflər iki ölkə arasındakı münasibətləri və Türkmənistan Məclisi sədrinin Gürcüstana planlaşdırılan səfərini müzakirə ediblər.

Bildirilib ki, Türkmənistan Məclisinin sədri ilk dəfə olaraq Gürcüstan Parlamentinin sədrinin dəvəti ilə fevral ayının sonunda Tbilisiyə səfər edəcək: “Bu səfər ölkələrimiz müstəqillik qazandıqdan sonra Türkmənistandan Gürcüstana ilk yüksəksəviyyəli səfər olması baxımından əhəmiyyətlidir”.

Görüşdə Türkmənistanın Gürcüstanın mühüm tərəfdaşı olduğu və bu ölkənin "Orta Dəhliz" layihəsinin həyata keçirilməsindəki rolunun əhəmiyyətini qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: