Alyaskada Şimali Amerikanın ən böyük yerüstü qazma qurğularından biri aşıb

A- A A+

ABŞ-nin Alyaska ştatında buzlu yolla daşınma zamanı "Doyon 26" qazma qurğusu - Şimali Amerikanın ən böyük mobil yerüstü qazma qurğularından biri aşıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Alyaska qubernatoru Mayk Danlivi "X" sosial şəbəkəsində bildirib.

"Mənə "Doyon 26" qazma qurğusunun daşınma zamanı aşdığı barədə məlumat verilib və mən "ConocoPhillips" rəhbərliyi ilə əlaqə saxlamışam. Kiçik yanğın baş verib, lakin ilkin məlumatlara görə, ətraf mühitə ziyan minimaldır, neft infrastrukturu və obyektləri zərər görməyib", - o yazıb.

M.Danlivinin sözlərinə görə, hadisə yerinə mütəxəssislər qrupu çatıb, hazırda qurğunun qaldırılması planı hazırlanır.

"Vəziyyəti qiymətləndirdikcə daha çox məlumat əldə edəcəyik", - qubernator qeyd edib.

Yerli KİV hadisənin axşam yanvarın 23-ü baş verdiyini bildirib.

Qazma qurğusu 4,5 min tondan çoxdur və sərt Arktika şəraitində son dərəcə böyük məsafələrdə qazma aparmaq üçün nəzərdə tutulub. "Doyon Drilling" və "ConocoPhillips" arasında 2011-ci ildə başlayan əməkdaşlıq çərçivəsində yaradılan qurğu, 2020-ci ildə Şimal yamaca gedib və Kuparuk yatağının işlənməsi də daxil olmaqla bir sıra layihələrdə əsas rol oynayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: