Əgər Kanada Çinlə ticarət razılaşmasına nail olarsa, ABŞ Kanada mənşəli bütün ixrac məhsullarına 100 faiz həcmində tarif tətbiq edəcək.
NUHÇIXAN xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
“Əgər Karni (Kanadanın Baş naziri) Kanadanın Çinin ABŞ-a mal və məhsul göndərməsi üçün giriş limanına çevrilə biləcəyini düşünürsə, ciddi şəkildə yanılır”, – deyə Tramp yazıb.
Prezident qeyd edib ki, belə bir razılaşma bağlanacağı təqdirdə, rüsumlar dərhal qüvvəyə minəcək.
