Böyük Britaniyada yeni Milli Polis Xidməti yaradılacaq

A- A A+

Böyük Britaniyada yeni Milli Polis Xidməti yaradılacaq.

NUHÇIXAN-ın BBC-yə istinadla xəbərinə görə, daxili işlər naziri Şabana Mahmud bildirib ki, bu qurum terrorla mübarizə, dələduzluq və mütəşəkkil cinayətlərlə bağlı araşdırmaları öz üzərinə götürərək yerli polis qüvvələrinin gündəlik cinayətlərə daha çox vaxt ayırmasına imkan verəcək. Nazir bildirib ki, onun “British FBI” adlandırdığı yeni qurum qənaət məqsədlə yaradılmır. Məqsəd İngiltərə və Uels üçün tamamilə yeni polis modeli formalaşdırmaqdır. Yeni struktur mövcud qurumların, o cümlədən Milli Cinayət Agentliyi və regional mütəşəkkil cinayət bölmələrinin fəaliyyətini vahid təşkilat altında birləşdirəcək.

Milli Polis Xidməti bütün polis qüvvələri üçün üz tanıma kimi yeni texnologiyaların mərkəzləşdirilmiş şəkildə alınmasını təmin edəcək. Şabana Mahmud hazırkı polis sisteminin pozulmuş vəziyyətdə olduğunu da əlavə edib.

Yeni Milli Polis Xidməti İngiltərə və Uels üzrə fəaliyyət göstərəcək, lakin Böyük Britaniyanın digər ərazilərində də işləmək səlahiyyətinə malik olacaq. Qurumun rəhbəri ölkənin ən yüksək rütbəli polis rəsmisi - milli polis komissarı olacaq. Daxili İşlər Nazirliyi bildirib ki, yerli polis əməkdaşları kifayət qədər hazırlıq olmadan ağır cinayətlərlə məşğul olmağa məcbur edildikləri üçün mağaza oğurluğu və anti-sosial davranış kimi gündəlik pozuntulara lazımi səviyyədə reaksiya verə bilmirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: