Filippinin cənubunda "Trisha Kerstin 3" bərəsinin batması nəticəsində ölənlərin sayı 7-dən 13-ə çatıb.
NUHÇIXAN-ın məlumatına görə, bu barədə "News 5" telekanalı məlumat yayıb.
Məlumata görə, göyərtədəki 342 sərnişindən 100-dən çoxu hələ də itkin düşmüş sayılır. 200-dən çox insan xilas edilib, ərazidə axtarış-xilasetmə əməliyyatı davam edir.
Sərnişin bərəsi Basilan əyalətindəki Baluk adası yaxınlığında batıb.
