Çində əhalinin sayı azalır

A- A A+

Çində əhalinin sayı ardıcıl olaraq dördüncü ildir azalır. 2025-ci ildə bu göstərici 3 milyon 390 min azalaraq 1 milyard 405 milyona düşüb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Milli Statistika Bürosu məlumat yayıb. Hesabata əsasən, ötən il Çində 7 milyon 920 min uşaq doğulub. Bu, son onilliklərdə qeydə alılnmış ən aşağı göstəricidir. Ölüm halları isə 2024-cü ildə olduğundan yüksək olub – 11 milyon 310 min. Çin əhalisinin sayı son 60 ildə ilk dəfə 2022-ci ildən azalmağa başlayıb. Həmin il azalma 850 min, növbəti iki ildə isə ümumilikdə 3 milyondan çox olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: