Yunanıstanda qida fabrikində partlayış baş verib: ölənlər var

A- A A+

Yunanıstanın mərkəzində, Trikala şəhəri yaxınlığında yerləşən qida fabrikində baş verən partlayış nəticəsində azı üç nəfər həlak olub.

NUHÇIXAN xəbər verir ki, hadisə zamanı fabrikdə 13 nəfər olub. Partlayışdan sonra ərazidə yanğın baş verib. Yanğının söndürülməsinə təxminən 40 yanğınsöndürən və 13 yük maşını cəlb olunub.

İtkin düşən iki nəfərin hələ də tapılmadığı bildirilir. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: