Delsi Rodriges ABŞ-ı Venesuelanın daxili işlərinə müdaxiləni dayandırmağa çağırıb

A- A A+

Vaşinqton Venesuela siyasətçilərinə əmr verməyi dayandırmalıdır, ölkənin siyasi sferası fikir ayrılıqlarını və daxili münaqişələri özləri həll etməlidir.

NUHÇIXAN xəbər verir ki, bunu Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriges deyib. Həmçinin o, ABŞ-ı ölkənin daxili işlərinə qarışmamalı olduğu barədə xəbərdar edib.

Xatırladaq ki, Delsi Rodriges yanvarın 3-də ölkə Prezidenti Nikolas Maduronun ABŞ tərəfindən ələ keçirilməsindən sonra müvəqqəti olaraq dövlət başçısı vəzifəsini icra etməyə başlayıb.

Ötən həftə “The Guardian” qəzeti mənbələrinə istinadla Delsi Rodrigesin Nikolas Maduro ələ keçirilmədən öncə Vaşinqtonu əməkdaşlığa hazır olduğuna inandırdığı barədə məlumat yaymışdı. Nəşrin həmsöhbətlərinin sözlərinə görə, onun ABŞ-la əlaqələri 2025-ci ilin payızında başlayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: