Avropa İttifaqı 2027-ci ildən Rusiya qazının idxalını qadağan edəcək

A- A A+

Avropa İttifaqı Şurası bazar ertəsi Rusiya qazının idxalına qadağanın qaydaları ilə bağlı razılığa gəlib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Avropa İttifaqının mətbuat xidmətinin açıqlamasında deyilir.

“Bu gün Avropa İttifaqının 27 üzv dövləti Rusiyadan maye qazın və boru kəməri ilə tədarük olunan təbii qazın idxalını qadağan edən qaydaları rəsmi olaraq təsdiqləyib”, - deyə bəyanatda bildirilir.

Razılaşmaya əsasən, maye qazın idxalına qadağa 2027-ci ilin əvvəlində, boru kəməri ilə tədarük olunan təbii qazın idxalına qadağa isə 2027-ci ilin payızında qüvvəyə minəcək.

Bundan əlavə, Avropa Komissiyası 2027-ci ilin sonunadək Rusiyadan neft idxalının da tədricən dayandırılması üçün qanun layihəsi təklif etməyi planlaşdırır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: