Terrorçu təşkilatların əli ilə Suriyada sabitliyi pozmaq cəhdləri yolverilməzdir. Suriya və onun gələcəyi suriyalılara məxsusdur.
NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş qonşu ölkədəki vəziyyəti şərh edərkən bildirib.
TBMM sədri Ankaranın Suriyada baş verən prosesləri diqqətlə izlədiyini vurğulayıb.
“Altmış illik diktatura və 13 illik vətəndaş müharibəsindən sonra heç kəsin terrorçular vasitəsilə Suriyanı “zəhərləmək” haqqı yoxdur. Bütün qanunsuz silahlı qrupların regionu tərk etmək vaxtı çatıb”, – deyə N.Kurtulmuş qeyd edib.
Onun sözlərinə görə, bütün etnik qruplar vahid Suriyanın sərhədləri daxilində birgə yaşaya bilər və yaşamalıdır, silahlı dəstələr isə Dəməşqin nəzarətinə keçməlidir. “Suriya xalqı ümumi gələcək qurmaqda qətiyyətlidir”, – deyə o bildirib.
