Qış fırtınası ABŞ-da nəqliyyatı iflic edib, reyslərin kütləvi ləğvinə səbəb olub

A- A A+

ABŞ-ın böyük hissəsini bürüyən güclü qış fırtınası bazar ertəsi aviaşirkətləri minlərlə reysi ləğv etməyə və yüzlərlə uçuşu təxirə salmağa məcbur edib.

NUHÇIXAN xəbər verir ki, reyslərin izlənməsi üzrə fəaliyyət göstərən “FlightAware” saytının məlumatına görə, bazar ertəsi səhər saatlarınadək 3600-dən çox reys ləğv edilib, 714 reys isə gecikib. “Reuters” yazır ki, bazar günü 11 mindən çox reys ləğv olunub.

Gün ərzində reyslərin ləğvi və gecikmələrin sayının artacağı gözlənilirdi.

Ən çox zərər çəkən hava limanları sırasında Bostondakı Loqan beynəlxalq hava limanı, Dallas-Fort-Uert beynəlxalq hava limanı və Nyu-Yorkdakı Con F.Kennedi adına beynəlxalq hava limanı yer alıb.

ABŞ-ın iri aviaşirkətləri reyslərin ləğvi səbəbindən səyahət planları pozulan sərnişinlərə kömək etmək üçün yenidən bronlaşdırma üzrə geniş güzəştlər və bronun dəyişdirilməsi üçün çevik imkanlar tətbiq edib.

ABŞ Milli Meteorologiya Xidmətinin məlumatına görə, bazar ertəsi Yeni İngiltərənin cənubunda yerləşən aşağı təzyiq sahəsinin Atlantik okeanı üzərindən şərqə doğru hərəkət edəcəyi, bəzi şimal-şərq rayonlarına güclü qar yağacağı, Orta Atlantik bölgəsinin ayrı-ayrı ərazilərinə isə buzlu yağış olacağı gözlənilir.

Tennessi ştatından Şimali və Cənubi Karolinaya qədər ABŞ-ın bir neçə ştatında yüz minlərlə istehlakçı elektrik enerjisinin kəsilməsi barədə məlumat verib. Ən çox hal isə Tennessi ştatında qeydə alınıb.

“PowerOutage.us” saytının məlumatına görə, bazar ertəsi səhər tezdən 820 mindən çox istehlakçı hələ də elektriksiz qalıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: