Çində zəlzələyə görə 20 min insan təxliyə edilib

A- A A+

Çinin Qansu əyalətinin Qannan Tibet muxtar prefekturasında baş verən 5,5 bal gücündə zəlzələyə görə təxminən 20 min sakin təxliyə edilib.

NUHÇIXAN əyalətin fövqəladə hallarla mübarizə qərargahına istinadla xəbər verir ki, yeraltı təkan nəticəsində prefekturanın Tebo rayonunda evlərə, inzibati və sosial binalara ziyan dəyib, tikililərdə çatlar əmələ gəlib. İtki qeydə alınmasa da, tikililərin uçmaq ehtimalı əsas götürülərək 20 min sakinin təxliyə olunmasına qərar verilib. Onlar müvəqqəti məntəqələrdə yerləşdiriliblər.

Çin Seysmologiya Mərkəzinin məlumatına görə, yerli vaxtla saat 14:56-da (Bakı vaxtı ilə 10:56) Tebo rayonunda 5,5 bal gücündə zəlzələ baş verib. Zəlzələ ocağı 10 kilometr dərinlikdə olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: