ABŞ-da güclü qar səbəbilə 30 nəfər ölüb, 23 ştatda fövqəladə vəziyyət elan edilib

A- A A+

ABŞ-də ölkə boyu yağan güclü qar səbəbilə 30 nəfər ölüb.

NUHÇIXAN xəbər verir ki, bu barədə "Associated Press" (AP) bu barədə məlumat yayıb.

Qeyd olunub ki, səbəblər arasında geri hərəkət edərkən insanları vurub öldürən ehtiyatsız qar təmizləyən sürücülər də var. Arkanzas və Texasda bir neçə yeniyetmə xizək sürərkən həyatını itirib.

Həftəsonu soyuq hava şəraitində Nyu-York küçələrində səkkiz nəfərin meyiti tapılıb və onların ölüm səbəbləri araşdırılır. Ştat üzrə temperaturun mənfi 12,3 dərəcə olacağı gözlənilir.

Şiddətli soyuq hava şəraiti böyük elektrik kəsintilərinə səbəb olub. Yerli hakimiyyət orqanlarının məlumatına görə, elektrik xətlərinin bərpası bir neçə gün çəkəcək. Eyni zamanda bu həftənin sonlarında ABŞ-nin şərq sahillərinin bəzi yerlərində daha bir güclü qar yağışı baş verə bilər.

"NBC News"un məlumatına görə, 23 ştatda fövqəladə vəziyyət elan edilib.

Şiddətli hava xəbərdarlıqları 185 milyon ABŞ sakininə təsir edib, 1 milyondan çox abonent elektrik və istiliksiz qalıb. 25 yanvarda ölkədə 10 mindən çox uçuş ləğv edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: