Media: ABŞ İrana dəqiq zərbələr endirməyi düşünür

A- A A+

ABŞ etirazçıların ölümündə əli olduğunu düşündüyü İran rəsmilərini və komandirlərini hədəf alan dəqiq zərbələr endirməyi nəzərdən keçirir.

NUHÇIXAN xəbər verir ki, “Middle East Eye” portalı bu barədə xəbəri Körfəz ölkələrindən birindəki mənbəyə istinadla yayıb.

Məlumata görə, ABŞ İrana bu həftə hücum edə bilər, lakin zərbələrin vaxtı hələ məlum deyil. Hazırda Ağ Evdə Tehranın mümkün cavabı ilə bağlı tədbirlər müzakirə olunur.

Qeyd edək ki, bir müddət öncə ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların regiona böyük qüvvələr cəmlədiyini bildirib. İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqayi isə öz növbəsində Tehranın ABŞ qüvvələrinin Yaxın Şərqdəki bütün hərəkətlərini diqqətlə izlədiyini və müdafiə qabiliyyətini gücləndirmək üçün lazımi tədbirlər gördüyünü deyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: