Rusiyanın hücumu nəticəsində Ukraynada bir neçə vilayət işıqsız qalıb

A- A A+

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın enerji infrastrukturuna zərbələri nəticəsində bir neçə vilayət elektrik enerjisiz qalıb.

NUHÇIXAN "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyinin məlumatında deyilir.

"Enerji infrastrukturuna növbəti hücumlar nəticəsində Xarkov, Odessa, Dnepropetrovsk və Donetsk vilayətlərində istehlakçılar işıqsız qalıblar. Bütün regionlarda qəza-bərpa işləri davam edir", - qurumdan bildirilib.

Kiyev şəhəri və Kiyev vilayətində elektrik enerjisinə böyük tələbat qalmaqdadır.

Bundan başqa, əlverişsiz hava şəraiti səbəbindən ölkənin müxtəlif vilayətlərində 500-dən çox yaşayış məntəqəsi elektrik enerjisiz qalıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: