Cənubi Koreyanın sabiq birinci xanımı 20 aylığa azadlıqdan məhrum edilib

A- A A+

Cənubi Koreyanın sabiq birinci xanımı Kim Qun Hi korrupsiya ittihamı ilə 20 aylıq həbs cəzasına məhkum edilib.

NUHÇIXAN xəbər verir ki, bu barədə YTN telekanalı məlumat yayıb.

"İlk məhkəmə prosesində ona 1 il 8 ay həbs və 12,81 milyon von məbləğində cərimə cəzası verilib", - telekanal bildirir.

O, Birlik Kilsəsindən 80 milyon von (təxminən 56 min dollar) dəyərində bahalı hədiyyələr - çantalar və boyunbağı aldığı üçün antikorrupsiyaya qanunvericiliyini pozmaqda təqsirli bilinib.

Bundan başqa, sabiq birinci xanım avtomobil dilerinin qiymətli kağızlarının dəyəri ilə bağlı manipulyasiyada ittiham edilib. İstintaqın versiyasına görə, o, maxinasiyalar nəticəsində guya 810 milyon von (564 min dollar) məbləğində gəlir əldə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: