Türkiyədə Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən keçirilən əməliyyat nəticəsində 6 nəfər İrana casusluqda ittiham edilərək həbs edilib.
NUHÇIXAN yerli mediaya istinadən xəbər verir ki, əməliyyat İstanbulda keçirilib.
Bildirilib ki, Türkiyədə hərbi sənaye şirkəti sahibləri Erhan Ergelen və Taner Özcan və bir nəfər iranlı da daxil olmaqla 6 nəfər “dövlətin gizli qalması lazım olan məlumatlarını siyasi və ya hərbi casusluq məqsədilə təmin etmək” cinayət maddəsi ilə həbs edilib.
